Yayda "Barselona"dan gedəcək

Yayda "Barselona"dan gedəcək
18:57 29 Aprel 2019
118 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hollandiyalı qapıçısı Yasper Sillessen mövsüm sonunda komandadan ayrılacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, Yasper İspan təmsilçisində xoşbəxt olmadığını və yeni klub axtarışında olduğunu bildirib.

Katalon klubunda Mark-Andre Ter Steqenin kölgəsində qalaraq daha az forma şansı alan 30 yaşındakı qapıçı daha çox oyuna çıxa biləcəyi bir kluba transfer olmaq istədiyini deyib.

Hollandiyada bir televiziya proqramına danışan qapıçı "Mövsüm sonu tətilə çıxacam. Sonrasında oynaya biləcəyim yeni bir klub tapmağı arzulayıram. Artıq oynamaq istəyirəm!" sözlərini dilə gətirib.

Qeyd edək ki, "Barselona" ilə 2021-ci ilə qədər müqaviləsi olan Sillessen bu mövsüm meydana çıxdığı 7 oyunda qapısında 7 qol görüb.

Əliş Abdulla
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR