XİN rəhbəri: Bakıda Xorvatiya səfirliyinin işə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır

XİN rəhbəri: Bakıda Xorvatiya səfirliyinin işə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır
19:08 29 Aprel 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Xorvatiya səfirliyinin fəaliyyətə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır.

Trend-in məlumatına görə, bunu Xorvatiya baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriç səfirliyin açılış mərasimində deyib.

O qeyd edib ki, bu addım ikitərəfli münasibətlərdə vacib səhifədir və ölkələr arasında dostluq münasibətlərini daha da möhkəmləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Komissiyasının yaradılması yeni aparıcı qüvvə olacaq.

Baş nazirin müavini həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3054397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR