Bakıda yeni Mercedes-Benz GLE-nin möhtəşəm təqdimatı keçirildi

Bakıda yeni Mercedes-Benz GLE-nin möhtəşəm təqdimatı keçirildi
10:57 30 Aprel 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakıda aprel ayı möhtəşəm hadisə ilə - Formula 1 yarışı ilə başa çatdı. Azerbaijan Grand Prix-nin
daimi iştirakçıları - pilotu Valtteri Bottas Bakıda yarışın qalibi olan Mercedes-Benz komandasına
Azərbaycanda Mercedes-Benz-in nümayəndəliyi tərəfindən hər bir dəstək göstərilir.

Mercedes-Benz-in Azərbaycandakı Baş nümayəndəliyi - "Avtokapital-Azərbaycan",
Mercedes-Benz-in Azərbaycandakı rəsmi dilerləri "Autostar Kaukakasus GmbH" və  "Abşeron
Avtomobil Mərkəzi" yeni Mercedes-Benz GLE-nin möhtəşəm təqdimatını keçiriblər.

2019-cu il aprelin 25-də paytaxtın ən lüks otellərindən biri olan "Fairmont Baku"-da  Mercedes-Benz
GLE-nin təqdimat mərasimi baş tutmuşdur. Qlamur ab-hava, həyəcanlı musiqi tədbirə xüsusi gözəlllik
qatırdı.  Bu gecə çərçivəsində Mercedes-Benz GLE-nin yeni modelinin təqdimatı keçirildi. Dəbdəbəli,
tərzli Mercedes-Benz GLE-ni brend komandanın pilotu Lyüis Hemilton təqdim edirdi. Beşqat çempion
coşqun alqışlarla qarşılanıb. Bir neçə suala cavab verən və qısa fotosessiya zamanı gülümsəyən
Hemilton xoş arzulara səmimi cavablar verirdi. Növbəti mühüm günün onu olduqca gözəl olan bu
gecəni tərk etməyə məcbur etdiyini qeyd edərək, o bir daha yeni GLE-nin əla keyfiyyətlərindən
danışaraq, həlledici gedişlər ərəfəsində dincəlməyə getdi.

Yeni GLE kuzovun güclü və zərif ön hissəsi ilə qarşınızdadır. Radiatorun xromla işlənmiş lamelləri
kuzovun ön hissəsinin yeni dizaynının ürəyidir və diyirlənməyə qarşı xromlanmış müdafiə kimi çıxış
edərək avtomobillərin özünə xas SUV xarakterini bir daha vurğulayır. Seriyalı işıq diodlu
High Performance faralarının yeni dizaynı avtomobilə yüksək texnoloji xarakter verir və onun müasir
zahiri görünüşünü vurğulayır. AMG Line icra xətti sayəsində eksteryer daha çox idman xarakteri
daşıyır, Night paketi sayəsində isə daha ekspressiv görünür. AMG Line eksteryerinin ifadəli staylinqi
Sizin avtomobilinizə qeyri-adi dinamik rəng qatacaq. Baza modelindən aydın fərqlənmək üçün bu,
təsirli dizaynın yaradılmasının parlaq təzahürüdür.

İnteryer mütərəqqi xarakterli dəbdəbəli-zərif gözəlliyi özündə birləşdirir. Böyük azad məkan, ayrıca
qurulmuş elementlər sayəsində, eləcə də detalların keyfiyyətli işlənməsi sayəsində interyer
eksklüzivlik və əmin-amanlıq hissi yaradır. Təsirli dizayn təsvirin çevik imkanlarına malik rəqəmli
indeksasiya ilə tam vəhdətdədir. Ön panelin geniş formatlı displeyinə çıxarılan məlumat əsl hadisəyə
çevrilir. Lazım olan məzmunu öz istəyinizlə yerləşdirə bilərsiniz, rəngarəng funksiyalar isə sensor
texnologiyası sayəsində intuitiv olaraq idarə olunur.

Transmissiya zamanı yanacağın qənaətlə sərfi, yaxşılaşdırılmış aerodinamik və bundan əvvəlki model
sırası ilə müqayisədə düşünülmüş  yüngül konstruksiya sayəsində effektivlik daha da
optimallaşdırılmışdır. ECO Start-Stop və ya kondisionerləşmənin ayrıca sistemi kimi funksiyalarla
mühərrikdən asılı olmadan tələblərə müvafiq idarə etmək, həmçinin, xərci azaltmaq da mümkündür.
Texniki mükəmməllik bir paketdə: E-ACTIVE BODY CONTROL-un aktiv gediş hissəsi istənilən şəraitdə tərəddüdsüz hərəkəti təmin edir. O, yolda və yolsuzluqda rahatlığı, hərəkətin dəqiqliyini və
dinamikasını təmin edir. Yüksək effektiv əyləc sistemi böyüdülmüş əyləc diskləri ilə istənilən yolsuzluq
şəraitində əyləc qüvvəsinə nəzarəti təmin edir.
 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/avto/750867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR