Prezidentin dükanlarına hücum

Prezidentin dükanlarına hücum
11:21 15 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

"Roşen" şirkətinin şirniyyat dükanlarına hücumlar ola bilər.

ANS PRESS-in məlumatına görə, ukraynalı fəallar prezident Petro Poroşenkonun hələ də biznesindən uzaqlaşmamasından hiddətləniblər. Onları narazı salan bir səbəb də Poroşenkonun şirkətinin Rusiyada filialının olmasıdır.

Etirazçıların birinin sözlərinə görə, əgər vəziyyət dəyişməsə, belə aksiyalar davam edəcək və onları sıravi vətəndaşlar da dəstəkləyəcək.

Şirkətin özündən isə bildirilir ki, bu şəxslərin arxasında sifarişçilər dayanır.

Qeyd edək ki, Ukraynada eyni zamanda həm dövlət fəaliyyəti, həm də sahibkarlıqla məşğul olmaq qadağandır. Petro Poroşenko isə seçkilərdə qalib gələcəyi təqdirdə öz biznesini satacağını desə də, hələ də Ukraynanın "Beşinci kanal"ının və "Roşen" fabrikinin sahibidir. Poroşenko fabriki satmaq üçün "Rotşild" şirkətilə müqavilə bağladığını, ancaq Ukraynanın şərqindəki müharibəyə görə, alıcıların olmadığını deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR