DTX-nin Heydər Əliyev adına Akademiyasında "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminar keçirilib

DTX-nin Heydər Əliyev adına Akademiyasında "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminar keçirilib
12:27 30 Aprel 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminar keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, interaktiv seminarların keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi və əxlaqi irsin qorunması ruhunda tərbiyələndirilməsi, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.

Bakı şəhərinin ümumtəhsil müəssisələrinin 10-cu və 11-ci sinif şagirdləri üçün "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda təşkil olunan ilk interaktiv seminarda çıxış edən Akademiyanın rəis müavini Elşad Nəsirov deyib ki, dövlət tərəfindən müasir texnologiyaların inkişafına böyük sərmayələr qoyulur:

"Bu sahədə inkişaf heç də həmişə problemsiz ötüşmür. Bizim üçün təhlükəli olan informasiyaların əldə olunması asanlaşır. Həmin informasiyaların qurbanları əsasən uşaqlar və gənclərdir. Bu kimi halların qarşısını almaq məqsədi ilə internetin, sosial şəbəkələrin ancaq müsbət cəhətlərindən istifadə etmək lazımdır".

Qeyd edək ki, seminarda DTX-nin təcrübəli əməkdaşları, Heydər Əliyev adına Akademiyanın peşəkar mütəxəssisləri, Bakı şəhəri Nərimanov rayonunun 23 ümumtəhsil müəssisəsinin şagirdləri iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR