BAXCP “Formula 1” yarışlarının Naxçıvanda keçirilməsini təklif edir

BAXCP “Formula 1” yarışlarının Naxçıvanda keçirilməsini təklif edir
12:28 30 Aprel 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirlib. İclasda iclasda ictimai-siyasi vəziyyət və təşkilat məsələləri müzakirə olunub.

Publika.az xəbər verir ki, iclasda Bakıda keçirilən “Formula 1” yarışları və bu yarışların ölkəmiz üçün əhəmiyyətinə toxunulub.

Qeyd olunub ki, “Formula 1” dünyanın əksər ölkələrində öz populyarlığı ilə seçilir və bu yarışlar Azərbaycanın tanıdılması, eləcədə ölkəmizin turuzm imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda eyni zamanda bildirilib ki, belə yarışların əhalinin sıx yaşadığı ərazilərdə, böyük meqapolislərin mərkəzi hissəsində keçirilməsi əhali üçün müəyyən problemlərin yaranmasına yol açır.

Bu səbəbdən BAXCP İdarə Heyəti “Formula 1” yarışlarının növbəti illərdə Naxçıvanda keçirilməsini məqsədəuyğun hesab edir: “Yarışları Naxçıvanda, daha sonra isə Gəncədə keçirmək olar. Bu eyni zamanda ölkəmizin digər bölgələrinin də tanıdılmasına və həmin bölgələrə turistlərin cəlb edilməsinə zəmin yarada bilər”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR