Qəfil qərar: Samsung BlackBerry-ni alır? - VİDEO - FOTO

Qəfil qərar: Samsung BlackBerry-ni alır? - VİDEO - FOTO
11:22 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Samsung korporasiyası Kanadanın BlackBerry şirkətini satın almaq niyyətindədir. Kanadalı smartfon istehsalçısı üçün koreyalılar 7,5 milyard dollar ödəməyə hazırdırlar.

Milli.Az AFP-yə imstinadən bildirir ki, BlackBerry bu xəbəri təkzib edib və Samsung-a satılmaqla bağlı danışıqların, müzakirələrin aparılmadığını vurğulayıb.
 
BlackBerry şirkətinin satışa çıxarılması xəbəri yayılandan sonra korporasiyanın səhmləri sürətlə bahalaşmağa başlanıb.
Belə ki, BlackBerry-nin səhmləri 2013-cü ilin iyun ayındakı satış qiyməti ilə müqayisədə 29 faiz bahalaşıb.
 
Həmin ayda səhmlər 2003-cü ilin dekabr ayı ilə müqayisədə maksimal həddə çatmışdı.
 
Dünya smartfon bazarında mövqelərini sürətlə itirən, Apple və Samsung korporasiyaları ilə rəqabətdə məğlub olan BlackBerry 2013-cü ilin payızında Kanadanın Fairfax Financial Holdings şirkətinə satılmağa hazır idi. Şirkət smartfon istehsalçısını 4,7 milyard dollara satın almaq istəyirdi.
Lakin BlackBerry rəhbərliyi son anda fikrini dəyişərək müzakirələri dayandırmışdı.
 
BlackBerry korporasiyasının satışa çıxardığı ən son smartfon modeli "The BlackBerry Classic"dir. Smartfon ABŞ-da 449 dollardan satılır.
 
Milli.Az
 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR