Göyərti bazarında qıtlıq olacaq?

Göyərti bazarında qıtlıq olacaq?
11:22 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Göyərti əkini ilə məşğul olan fermerlər ziyana düşüblər

Bir neçə gün öncə respublika ərazisində müşahidə olunan qarlı hava şəraiti kənd təsərrüfatının əksər sahələrinə müsbət təsir göstərib. Amma bu qar Mərkəzi Aran rayonlarında göyərti əkini ilə məşğul olan fermerləri çətin vəziyyətə salıb.

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, ötən ilin sonlarında havanın mülayim keçməsi çöl şəraitində becərilən göyərti bitkilərinin tez yetişərək boy atmasına səbəb olub. Bir neçə gün öncə qeydə alınan qar isə həmin bitkiləri yerə yatırıb. Bunun nəticəsində hazırda göyərti bitkilərində çürümə müşahidə olunur.

Fermer Namiq Əsgərov bu il göyərtinin qiymətinin də qənaətbəxş olmadığını deyir. O bildirir ki, hazırda keşniş, şüyüd və digər göyərtilərin 1 bağlamasını yerində 6 qəpiyə satırlar. Ötən ilin müvafiq dövründə isə bu göstərici 15 qəpik olub.

Fermer Kənan Əliyevin fikrincə, göyərtinin qiymətinin aşağı düşməsi hazırda bu məhsula tələbatın azalması ilə bağlıdır: "Keçən il xaricə göyərti çıxarırdıq, bizim bazarlarda bu məhsula tələbat yaranırdı. Bu il xaricə göyərti çıxarılmadığı üçün bazarda da bu məhsula tələbat azdır".

Fermerlər deyirlər ki, göyərti məhsullarının qiyməti artmasa, onların bu sahəyə marağı azala bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR