“Müəllimimiz deyirdi ki, normal uşaq deyilsən” - Millət vəkili - VİDEO - FOTO

“Müəllimimiz deyirdi ki, normal uşaq deyilsən” - Millət vəkili - VİDEO - FOTO
17:52 30 Aprel 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkənin ilk uşaq kanalı "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin bu dəfəki qonağı millət vəkili Sona Əliyeva olub.

Milli.Az xəbər verir ki, o bildirib ki, üstündən nə qədər zaman keçsə də məktəb illərini unutmur:

"Məktəb həyatımda xüsusi rola malik olub, çünki mənə həyatı öyrədib. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Məktəbdə maraqsız heç nə yoxdur. Dərslər də, müəllimlər də maraqlıdır. İntonasiyam yaxşı olduğu üçün məni tədbirlərə şeir deməyə çağırırdılar. Hiperaktiv uşaq idim. Fizika müəllimimiz mənə deyirdi ki, sən normal uşaq deyilsən, ona görə partada düz otura bilmirsən. Buna baxmayaraq dərslərimi də yaxşı oxuyurdum. Xarici Dillər Universitetinə hazırlaşırdım. Tərcüməçi olmaq istəyiridim. Atam isə çox istəyirdi ki, mən həkim olum. İmtahan verib "Biologiya" fakültəsinə qəbul oldum. Oxumaq istəməsəm də atam məni məcbur etdi ki, həmin fakültəni bitirim. Ali məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul oldum və heç də peşman deyiləm".

Millət vəkili valideynlərə tövsiyyələrini də verib. O bildirib ki, valideynlər hər zaman övladlarının yanında olmalıdır:

"Övladları ilə dost olsunlar. Uşaq günün bir hissəsini məktəbdə keçirir, qalan hissəsini isə valideynlərinin yanında olur. Valideynlər dünyaya gətirdikləri uşaqlara görə hüquqi, mənəvi məsuliyyət daşıyır: "Gərək valideynlər uşaqlarının arzularına və istəklərinə qulaq assınlar".

Millət vəkili ölkənin ilk uşaq kanalı "ARB Günəş"in uşaqların maarifləndirilməsindəki rolunundan da danışıb. O bildirib ki, belə bir televizyanın yaradılması Azərbaycan uşaqlarını düşünərək verilib.

"Teleməkanda uşaq telekanalının olması uşaqları digər təhlükəli informasiyalardan, bayağı verilişlərdən yayındırır,uşaqları həm öyrədir, həm də əyləndirir".

Millət vəkili "ARB Günəş"ə bu fəaliyyətində uğurlar arzu edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/751004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR