Ronalduya daha bir mükafat

Ronalduya daha bir mükafat
11:32 15 Yanvar 2015
147 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ölkəsinin futbolu tarixində ən yaxşı futbolçu sayılıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkə futbolunun 100 illiyi münasibətilə Portuqaliya Futbol Federasiyasnını təsis etdiyi bu mükafata 29 yaşlı oyunçu layiq görülüb.

O, səsvermə zamanı Eysebio və Luiş Fiqo kimi əfsanəvi futbolçuları geridə qoyub. Ronaldu sözügedən tədbirdə iştirak edə bilmədiyi üçün mükafatı onun meneceri Xorxe Mendes alıb.
 
Qeyd edək ki, K.Ronaldu üç dəfə "Qızıl top"u qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR