Parisdə 1 May mitinqləri ərəfəsində əməliyyat - 14 nəfər saxlanıldı

Parisdə 1 May mitinqləri ərəfəsində əməliyyat - 14 nəfər saxlanıldı
12:29 1 May 2019
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə polis 1 May bayram mitinqləri ərəfəsində əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat zamanı 14 nəfər saxlanılıb.

Məlumata görə, saxlanan şəxslərin evlərindən və avtomobillərindən qadağan olunmuş alətlər, o cümlədən bıçaq, çəkic, qaz balonları və yanacaq dolu 3 kanistr müsadirə edilib.

Saxlananlar arasında 3 İspaniya vətəndaşının da olduğu bildirilir.

Qeyd edək ki, bu gün Parisdə 1 May mitinqlərinə 2 minədək sakinin qatılacağı gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3055354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR