Azərbaycan Prezidenti Avrasiya Yəhudi Konqresinin prezidentini qəbul edib

Azərbaycan Prezidenti Avrasiya Yəhudi Konqresinin prezidentini qəbul edib
13:34 1 May 2019
27 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev mayın 1-də Ümumdünya Yəhudi Konqresinin, Avrasiya Yəhudi Konqresinin və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbərlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
 
ONA xəbər verir ki, dövləti başçısı Ümumdünya və Avrasiya Yəhudi konqresləri rəhbərlərinin ölkəmizə geniş tərkibdə səfərinin əməkdaşlığın müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Prezident İlham Əliyev əsrlər boyu ölkəmizdə müxtəlif xalqların, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığını vurğulayaraq, bu gün də Azərbaycanın mədəniyyətlərarası dialoqun uğurla həyata keçirildiyi bir ölkə kimi tanındığını qeyd edib. Dövlət başçısı Azərbaycanın beynəlxalq aləmdə sivilizasiyalararası əlaqələrin təmin edilməsi işinə böyük töhfə verdiyini deyib.
 
Çıxış edən qonaqlar Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiklərini bildiriblər. Onlar ölkəmizdə gördükləri inkişaf proseslərinin nümayəndə heyətinin üzvlərində dərin təəssürat doğurduğunu qeyd ediblər.
 
Söhbət zamanı Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin xalqlararası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR