Belarusun nüfuzlu dövlət xadimi rüşvətə görə işdən çıxarılıb

Belarusun nüfuzlu dövlət xadimi rüşvətə görə işdən çıxarılıb
14:12 1 May 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Təhlükəsizlik Şurası dövlət katibinin müavini Andrey Vtyurini tutduğu vəzifədən azad edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, əməlləri ilə hərbi qulluqçu rütbəsini nüfuzdan saldığı üçün işdən çıxarılıb.
Bir müddət əvvəl Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onu rüşvət aldığı üçün tutub. Qeyri-rəsmi məlumatlara əsasən, Andrey Vtyurinin aldığı rüşvətin məbləği 150 min dollardır.
O, Belarusun ən nüfuzlu dövlət xadimlərindən sayılır. 2014-cü ildən Təhlükəsizlik Şurasında işləyir. Bu vəzifəyə keçənədək 7 il müddətinə Belarus Prezidentinin Təhlükəsizlik Xidmətinə başçılıq edib. Prezident Aleksandr Lukaşenkonu 1995-ci ildə bu vəzifəyə təyin etmişdi. Ölkə mətbuatı Andrey Vtyurini Belarus Prezidentinin yaxın adamı adlandırır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/andrey-vtyurin-150-min-dollar-rusvet-almaqda-ittiham-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR