Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü

İstanbulda səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri keçirib - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR