Dövlət Komitəsində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

Dövlət Komitəsində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib
15:52 1 May 2019
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda din siyasəti" mövzusunda konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, konfransda DQİDK rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var.

O qeyd edib ki, Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi altında böyük naliyyətlər əldə edib: "Heydər Əliyev dahi bir siyasətçi idi. Məhz Heydər Əliyevin dahiliyi sayəsində Azərbaycanda vətəndaş müharibəsinin, fəlakətlərin qarşısı alındı. Bugünkü güclü Azərbaycanı bizə Heydər Əliyev bəxş edib. Heydər Əliyev uzaqgörən siyasətçi idi, onun hər bir fikrinin böyük mənası var idi".

S.Salahlı vurğulayıb ki, Heydər Əliyevin dinlə bağlı fəaliyyəti olduqca böyükdür: "Ulu öndər həmişə öz dininə sadiq qalıb, onun İslam dininə münasibəti həmişə müsbət olub. İkinci dəfə hakimiyyətə gələndən sonra digər sahələrdə olduğu kimi, dini sahədə də inkişaf baş verdi, ölkədə din azadlığı tam təmin olundu".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/751264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR