Şahmar Mövsümov: “Brexit”lə əlaqədar danışıqlar ARDNF-nin investistisiya portfelinə əhəmiyyətli təsir göstərməyib"

Şahmar Mövsümov: “Brexit”lə əlaqədar danışıqlar ARDNF-nin investistisiya portfelinə əhəmiyyətli təsir göstərməyib"
19:22 1 May 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən əmlaka yatırılmış investisiyaların gəlirliliyi indiki dövrədək 4,4% təşkil edib.
Bu barədə “Report”a eksklüziv müsahibəsində Azərbaycan ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.
“Məlum olduğu kimi, ARDNF 2012-ci ildə Londonun Seynt-Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektini satın almışdır və onun gəlirliliyi investisiya ediləndən indiki dövrədək 4,4% təşkil etmişdir”, - Ş.Mövsümov deyib.
ARDNF-in icraçı direktoru qeyd edib ki, ARDNF-nin illik əsasda təsdiqlənən İnvestisiya siyasəti hazırlanarkən qlobal iqtisadi trendlərin potensial təsirlərini özündə əks etdirən araşdırmalar ciddi şəkildə nəzərə alınır.
“ARDNF uzunmüddətli investor kimi öz investisiya portfelinə yüksək gəlirliliyə malik aktivlər daxil etməklə bərabər, daim qlobal bazarlarda baş verən prosesləri izləyir və eyni zamanda investisiya portfelinin şaxələndirilməsi və qiymət dəyişkənliyi riskinin azaldılması prinsiplərini öz fəaliyyətində rəhbər tutur. Qlobal proseslərin investisiya portfelinə edə biləcəyi bütün mümkün təsirlər ARDNF tərəfindən atılan müvafiq taktiki addımlarda xüsusi olaraq nəzərə alınır. Bildiyiniz kimi “Brexit” ilə əlaqədar danışıqlar 2016-cı ilin ortalarından davam edir, səsvermənin gözlənilməz nəticələrinin elan edilməsindən sonra bazarda baş verən volatillik fonunda müşahidə olunan dalğalanmalar kifayət qədər aşağıdır və ARDNF-nin investistisiya portfelinə əhəmiyyətli təsiri müşahidə olunmur”, - Ş. Mövsümov bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, ARDNF-nin investisiya siyasətinə əsasən Fondun ingilis funt sterlinqindəki aktivləri ümumi portfelin maksimum 5%-ni təşkil edə bilər.
İlahə Məmmədli

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/brexit-le-elaqedar-veziyyet-ardnf-nin-investistisilarina-tesiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR