Əməliyyatdan sonra üzü tanınmaz hala düşdü - Xəstə həkimdən ŞİKAYƏTÇİDİR

Əməliyyatdan sonra üzü tanınmaz hala düşdü - Xəstə həkimdən ŞİKAYƏTÇİDİR
19:39 1 May 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Son günlərdə sosial şəbəkələrdə və bir sıra saytlarda Ağdaş rayon sakini Ramin Məmmədovun müraciəti yayılıb. O iddia edir ki,  Azərbaycan Tibb Universitetinin (ATU) ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov onun burnunda əməliyyat etdikdən sonra sol gözündə böyük şiş əmələ gəlib.
 
ONA-nın xəbərinə görə, R.Məmmədov müraciətində qeyd edib ki, ötən il dekabrın 15-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Çingiz Rəhimov adlı cərraha müraciət edib: “Məni biopsiya analizinin cavabları çıxmamış əməliyyat elədi. Əsas analizi burnumdan götürməli idi. Oyananda pis gündə idim. Xəstəxanadan çıxandan 10 gün sonra üzümdə şiş əmələ gəlməyə başladı. Zəng elədim, dedilər ki, analizlərin cavabı çıxıb, yaxşıdır. Şiş get-gedə böyüməyə başladı”.
 
R. Məmmədov müraciətində hüquq-mühafizə orqanlarından kömək istəyib: “Hüquq-mühafizə orqanlarından xahiş edirəm, özünüz bu işlə məşğul olun, 3 körpəm var. Mənə tez əməliyyat lazımdır, nəfəs ala bilmirəm, əziyyət çəkirəm. Həkim dedi ki, səni düzgün əməliyyat eləmişəm, siz bura başqa məqsədlə gəlmisiniz. Narkozun pulunu çıxandan sonra  850 manat pulumu qaytardı. Yaxşı həkim xəstəyə pul qaytarmır”.
 
Azərbaycan Tibb Universiteti (ATU) R. Məmmədovun müraciəti ilə əlaqədar açıqlama yayıb. Universitetin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, açıqlamada bildirilib ki, R. Məmmədov tərəfindən ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimi Çingiz Rəhimov haqqında yanlış iddialar irəli sürülüb: “Xəstə Ramin Məmmədovun səhhətindəki problemlər bizim klinikada əməliyyatına görə yox, müalicəsini digər klinikada davam etdirdiyinə görə baş verib. Biopsiya zamanı törəmədən qanaxma ehtimalının yüksək olduğunu nəzərə alaraq əməliyyatı ümumi ağrısızlaşdırma ilə aparılması qərara alınıb. Xəstə bu barədə məlumatlandırılıb və əməliyyat üçün onun yazılı razılığı alınıb.
 
Tədris Cərrahiyyə Klinikasında olduğu dövrdə xəstə tibb personalına və şəxsən professor Ç. Rəhimova heç bir şikayəti olmadığını bildirib və bunu rəsmi məktubla imzalayıb. Hazırda xəstədə vəziyyətin ağırlaşması onkoloji xəstəliyin inkişafı və həkim tövsiyələrinin yerinə yetirmədiyi ilə bağlıdır”.
 
Professor Çingiz Rəhimov ONA-ya açıqlamasında qeyd edib ki, R. Məmmədov onkoloji xəstədir, ona müalicə yolu da göstərilib: “Xəstə bu müalicədən imtina edərək rayona gedib, orda deyiblər ki, biz səni müalicə edərik. Sonra görüblər ki, əlləri üzülüb, deyiblər ki, sizdən biopsiya götürən həkimin yanına gedin. Dünyanın hər yerində onkoloji xəstələrdən birinci mərhələdə biopsiya götürülür. Amma bizdə belədir ki,  kim bıçaq vurubsa, deməli, günah ondadır. Əslində heç yerdə biopsiya olmamış müalicəni başlamaq düzgün deyil”.
 
Ç. Rəhimov xəstənin onu yenidən əməliyyat etməli olmasına dair səsləndirdiyi fikirlərə də münasibət bildirib: “R. Məmmədov təkrar əməliyyat oluna bilməz. İndi ona şüa verilməlidir. O zaman da biz onu şüa qəbul etməsi üçün göndərdik, lakin o imtina elədi və rayona qayıdacağını bildirdi. R. Məmmədov həkimlərdən razı olması ilə bağlı məktub da yazıb”.
 
Ç. Rəhimov qeyd edib ki, R. Məmmədov onkoloji xəstə olduğu üşün ondan maddi yardım istəyib: "Mən ona 850 manat yardım etmişəm. R. Məmmədovun guya əməliyyat pulunu qaytarmağım barədə dedikləri doğru deyil". 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR