Samir Abasov: "Oynayan "Zirə", finala çıxan "Sumqayıt" oldu"

Samir Abasov: "Oynayan "Zirə", finala çıxan "Sumqayıt" oldu"
23:02 1 May 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

"Oynayan bir komanda vardı. Əfsuslar olsun ki, finala çıxan digər komanda oldu".
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun yarımfinalında "Sumqayıt"la evdə 3:3 hesabı ilə başa çatan cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis futbolçularına iradının olmadığını bildirib:
"Yediyimiz ilk qol çox pis oldu. Fasilədən sonra yaxşı oynadıq, va-bank getdik. Yaxşı komandamız var. Uşaqlara nəsə deməyə sözüm yoxdur. Paltardəyişmə otağında sükutdur. Bundan sonra finalda "Sumqayıt"a azarkeşlik edəcəyəm. Mənim ötən mövsüm baş məşqçisi olduğum "Sumqayıt" tam fərqli idi. Biz həmin vaxt iki "cəbhə"də mübarizə aparırdıq".
Abasov deyib ki, istədiyi komandanı qurmaq üçün vaxt lazımdır: "Mən gələndə "Zirə" birinci yerdə deyildi. Komanda qurmaq üçün vaxt lazımdır. Durumdan, kollektivdən razıyam. "Sumqayıt"dan tam fərqli ab-havadayıq. Bugünkü 3:3 hesablı heç-heçə "Sumqayıt"ı çempionatda udduğumuz 3 oyundan yaxşıdır. Geridə qalan matçda va-bank gedirsən. Bilal Həmdi yarımcanlı kimi çıxmışdı. Hesab məcbur etməsə, ola bilsin ki, onu oynatmazdım".
Baş məşqçi "pley-off" matçlarında səfər qolunun ləğvi ilə bağlı müzakirələrə də toxunub: "Kaş UEFA bu qərarı bu oyundan qabaq çıxarardı. İsmayıl Fafananı milliyə zarafatla məsləhət görmüşdüm. Bu gün va-bank getdim, onu əvəzlədim".
Qeyd edək ki, ilk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" səfər qolları ilə finala çıxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/samir-abasov-oynayan-zire-finala-cixan-sumqayit-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR