Dünya ölkələrində maraqlı vaxt anlayışları - Vaxtında gəlmə, ayıb olar

Dünya ölkələrində maraqlı vaxt anlayışları - Vaxtında gəlmə, ayıb olar
07:37 2 May 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın bir çox ölkələrində görüşlərə, tədbirlərə, məclislərə gecikmək etiket qaydalarına zidd olsa da, bunun əksi olan, 30-40 dəqiqə gecikməyin mütləq sayıldığı ölkələr  də var. Məsələ mədəniyyətlər arasındakı fərqdədir.

Bu barədə Thewallmagazine.ru- da məqalə yayımlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 1990-cı ildə amerikalı antropoloq, mədəniyyətlərarası tədqiqatçı Edvard Holl monoxrom və polixrom mədəniyyətlər bölgüsü barədə məqalə dərc etdi.

O, operativlik və hər şeyin öz vaxtında olması lazım olduğunun Amerika həyatında yüksək qiymətləndirildiyini deyirdi. Burada tələsməyən insanlar məsuliyyətsiz insanlar kimi qəbul edilirlər.

Monoxrom mədəniyyətlərdə vaxt - düz istiqamətdə atılan və bir hissəni müxtəlif parçalara bölən oxdur. Bu barədə Aristotel hələ eramızdan əvvəl IV əsrdə yazıb. Bu cür yanaşma ABŞ, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələrində yayılıb, hansısa işi müəyyən olunan vaxtda görülməsi mütləq şərtdir. Bu mədəniyyətə sahib insanlar planlamağı sevir və görüşlərə vaxtından tez gəlirlər.

Polixrom mədəniyyətli ölkələrə Ərəb, Asiya, Latın Amerika, cənub-qərbi Avropa ölkələri aid edilir. Bu ölkələrdə görüşə  35 dəqiqə gecikmək problem sayılmır.

İslandiyada bu mövzuda suallara bir cavab var - "Þetta reddast" (Hər şey öz-özünə həll olar). Nəyəsə qərar vermək istəməyəndə islandlar belə deyir. Onlar sizin sənədlərinizdə nəyisə səhv salıblarsa, görüşü ləğv ediblərsə, sizin haqda unudublarsa, bu, normaldır.

Vyetnamlıların sevimli sözü "sabah"dır. Onlar tələsmədən yaşayırlar, punktual olmasalar da, pozitivdirlər. Polixrom mədəniyyətlərdə həyat özü insanı lazımi məqsədə, lazımi məkana aparır.

Ərəblərdə bu, ümumiyyətlə başqa cür qurulub. Onlar hər şey kimi zamanı da Allahın yaratdığına inanırlar. Onların fikrincə, ancaq o saatı idarə edir və nə olacağını bilir. Buna görə də, hansısa görüşə getmək istəmirsinizsə, onu ləğv etmək olar, Allah özü bu görüşün nə vaxt olacağını bilir, bəlkə də görüş heç baş tutmamalıdır.

Latın amerikalılar da zamana vecsiz yanaşırlar. Braziliyaya getsəniz və yerlilər sizi şam yeməyinə dəvət etsələr, vaxtından tez və ya düz vaxtında getməyi heç düşünməyin, əks halda, onlar inciyəcəklər. Görüşə 30-40 dəqiqə sonra gedərək onlara hörmət etdiyinizi göstərə bilərsiniz, bu, ev sahibinə daha yaxşı hazırlaşmaq imkanı verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR