Oruc - ictimai əxlaqı inkişaf etdirmək üçün ən təsirli amildir

Oruc - ictimai əxlaqı inkişaf etdirmək üçün ən təsirli amildir
08:57 2 May 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fiqhin nəzərinə görə, oruc fərdi ibadətdir. Ancaq həqiqətdə oruc fərdi olsa belə, ictimai təsirlərə malikdir.

Oruc bir insanın Alahla rabitəsini tənzim edir. Ancaq bununla yanaşı, ictimai tərəfləri də vardır. Belə ki, Ramazan ayı daxil olan zaman bütün müsəlmanların vəzifəsi budur ki, oruc tusunlar. Xüsusi şəraitdə olan insanlardan başqa. Bu zaman oruc ictimai bir vacibata çevrilir, hamı ona əməl edir. Bundan başqa insan oruc tutmaqla yanaşı, orucun haramlarını da tərk etməlidir.

İctimai orucun da vacib və müstəhəbləri vardır. Xeyir işlər, iftar vermək kimi. Bir növ cəmiyyət xeyir işlər görmək üçün çalışmalar, səylər edər və günahdan və fəsaddan uzaq olub, Qurana yaxınlaşar. Beləliklə deyə bilərik ki, oruc ümumi bir vacib əməl olduğu kimi, həm də ictimai bir hadisə sayılır. İnsanlar oruc olan zaman bir yerdə toplaşır, Quran mərasimləri və iftar məclisləri təşkil edirlər. Bu zaman pisliklərdən uzaq olur və ictimai rabitələrini möhkəmləndirirlər. Ona görə də oruc həm ictmai hadisədir və həm də kamil insanı formalaşdıran bir vacibatdır.

Bir müsəlman oruc tutan zaman yalandan, nifaqdan uzaq olmalı və düz danışıb, xeyir işlər görməlidir. Başqalarına qarşı mehriban olub, ehtiram göstərməlidir. Bütün bu işləri cəm halında edərlər. Cəm halında torplaşıb, xeyir işlər görər və pisliklərdən çəkinərlər. Ona görə də oruc daha çox ictimai əxlaqa təsir qoyar.

Beləliklə deyə bilərik ki, oruc ancaq yemək və içməkdən qalmaq demək deyildir. Bəlkə ictimai və əxlaqi dəyərləri daha da inkişaf etdirmək üçün ən təsirli amildir.

Oruc cəmiyyətlə yanaşı, insanın özünə də çox təsir qoyan bir vacibatdır. İnsan bu ayda İlahi rəhmət qapılarının açıldığını dərk edir, hətta nəfəslərinin belə ibadət olduğunu başa düşür. Bununla da Allahın ona verdiyi nemətlərin coxluğunu dərk edir və qəflət yuxusundan ayılmağa başlayır.

Orucun cəmiyyət üçün gətirdiyi ikinci fayda isə budur ki, adi həyatı dəyişər. Çünki adi şəraitdə olan zaman insan qəlbindəki qəfləti hiss etməz və Allaha diqqət etməz. Ramazan ayı gələn kimi ab-hava dəyişər. Bu ayda dua və münacata yer ayırar, Quranın sorağına gedər.

Allah zikri insan mənəviyytaına çox təsir edər. Onu günahdan uzaqlaşıdırıb, qəlbinə səfa bəxş edər. Bu təsirin nəticəsində insanın əxlaqı dəyişər və hüsnü-əxlaqa çevrilər. Əxlaq da elə bir şeydir ki, cəmiyyətlə birbaşa əlaqəsi vardır. Əgər insanların əxlaqı gözəl olarsa, cəmiyyət də əxlaqlı və tərəqqiyə irəliləyən bir cəmiyyət olar. Əgər fəsad artarsa, bu cəmiyyət məhv olar. Ona görə də oruc bizim daxilimizi və ruhumuzu paklayar və bizi hüsnü-əxlaqa tərəf aparar.

Beləliklə deyə bilərik ki, Ramazan ayı mənəviyyat ayıdır və bu ayın gəlişi ilə insanlar 11 ay unutduqları ruhlarını xatırlayar və onu paklamağa, saflaşdırmağa çalışar, Allaha diqqət edər, Qurana yaxınlaşar və xeyir işlər görməyə səy edərlər. Bu yolla da cəmiyyətdə vəhdət və birlik yaranar və insanların əxlaqı islah olar. Oruc tutan insanlar bir-biri ilə rabitə qurar, dərdlərinə və sevinclərinə şərik olar, ictimai əxlaqı inkişaf etdirərlər. Bəli, orucun fərdi bərəkətləri ilə yanaşı ictimai bərəkətləri də vardır. Bu ayın bərəkətlərindən daha çox faydalanmağa çalışaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR