Onlar bunu bacardılar - FOTO

Onlar bunu bacardılar - FOTO
11:42 15 Yanvar 2015
196 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alpinistlər Kevin YorqesonTommi Kolduell ABŞ-dakı Yosemiti Milli Parkında yerləşən El Kapitan qayasına dırmaşıblar. Onlar dünyada ilk dəfə olaraq bu qayaya xüsusi, mürəkkəb alpinist avadanlığı olmadan çıxıblar.

Milli.Az CNN-ə istinadən bildirir ki, "Freso Bee" qəzetinin sabiq fotoqraf, alpinist Tom Evans Kaliforniya ştatındakı Santa Rouz şəhərinin sakini, 30 yaşlı Kevin Yorqeson və Kolorado sakini, 36 yaşlı Tommi Kolduellin qayaya dırmanışlarının xronikasını aparıb.
 
Alpinistlər yalnız kanatlar və sığorta kəmərlərindən istifadə edərək qayaya dırmaşıblar ki, bu da unikal nəticə sayılır.
Dünyanın ən böyük qranit monoliti sayılan El Kapitanın hündürlüyü 900 metrdən artıqdır.
 
T.Evans və K.Yorqeson qayaya 18 gün ərzində dırmaşıblar. Onlar zirvənin fəthi zamanı qaya divarından asılmış çadırlarda yatırdılar.
Kevin Yorqesonun atası Erikin dediyinə görə, o, oğlunun əldə etdiyi uğurla fəxr edir: "Kevin uşaqlıq illərindən bəri qayalara dırmaşmaqla məşğul idi. Əvvələr çox narahat idik. İndisə alışmışıq".

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR