Ədalət Şükürovun qızı və oğlu barədə yeni məlumat – NƏLƏR AÇIQLANDI?

Ədalət Şükürovun qızı və oğlu barədə yeni məlumat – NƏLƏR AÇIQLANDI?
10:54 2 May 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov övladlarından danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, qızı artıq öz işini qurub: “Qızım Xarici Dillər Universitetini bitirib. Həmin ali məktəbi bitirənə qədər onun mənim qızım olduğunu bilmirdilər. Sonda diplom alanda bildilər ki, mənim qızımdır. Heç bir zaman qızımı harasa işə düzəltmək üçün kiməsə ağız açmamışam. Bir də xəbər tutdum ki, özü işə düzəlib. O, bunun üçün 4 il İtaliya səfirliyində İtaliya dilini öyrəndi. Bundan başqa özü evdə ispan dilini də öyrənib. Mən fəxr edirəm ki, qızım müxtəlif dilləri bilir. Azərbaycan dilindən savayı İngilis, İspan, İtaliya və Rus dilini bilir”.

 

Ə.Şükürov bildirib ki, oğlu artıq ali məktəbi bitirib və magistraturanın ilkin mərhələsini keçib:  “O, Neft Akademiyasını bitirdi. Artıq Magistraturanın 1-ci turunu da uğurla keçdi. Bu ay isə 2-ci turu olacaq. Bu turdan keçsə 2 il oxuyacaq, keçə bilməsə isə, əsgərliyə gedəcək”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR