Səidə Aysel və Sevdadan danışdı: "Elə qanacaqsız..." - VİDEO

Səidə Aysel və Sevdadan danışdı: "Elə qanacaqsız..." - VİDEO
11:59 2 May 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultan həmkarları Aysel Əlizadə və Sevda Yahyayeva barədə danışıb.

 

Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, Aysellə Sevda onları efirdə müdafiə etdiklərinə görə ona təşəkkür edib: “Bu söhbətlərdən çoxdandır bezmişdim. Biz müğənni olaraq Azərbaycan millətinə örnək ola bilmərik. Belə şeylərə stop verməliyik. Mən Aysellə Sevdanı təşəkkür alım deyə müdafiə etmədim. Sadəcə, mən bu şeyləri yaşayan insan kimi onları müdafiə etdim. Təşəkkürə qalanda, o qızlar elə qanacaqsız deyillər. Təşəkkür etdilər. Onlara dedim ki, bunu nəyəsə görə etmədim. Sadəcə, içimdən gəldi, dedim. Mən örnək deyiləm. Hamımıza ata-analarımız örnəkdir. İnsanların həyatına girmək olmaz. Özümüz-özümüzü alçatmayaq”.

 

Qeyd edək ki, S.Sultan “Səni axtarıram” verilişinə çıxaraq, həmkarlarını müdafiə etmişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR