Paşinyan Medvedevin onu pərt etməsindən danışdı: Gözlərimə inana bilmədim - VİDEO

Paşinyan Medvedevin onu pərt etməsindən danışdı: Gözlərimə inana bilmədim - VİDEO
14:33 2 May 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən hökumətlərarası şurasının iclasında baş verən hadisəyə münasibət bildirib.

Publika.az
“news.am”-a istinadən xəbər verir ki, Paşinyan Medvedevin ona lağ etdiyini deyənlərə sərt reaksiya verib.

“Bu dəqiqə Feysbuka daxil oldum, gözlərimə inana bilmədim. Korrupsiyaya qurşanmış sistemin qalıqları sosial şəbəkələrdə belə asanlıqla səs-küy sala bilib. İclasda təkcə Medvedev yox, biz hamımız otağa keçib qəhvə içmək istəyirdik. İclas planlaşdırıldığından iki saat yarım çox çəkdi. Medvedevlə bir gün əvvəl söhbət aparmışdım. Bu da görüşün qeyri-rəsmi hissəsinin başlanmasını səbirsizliklə gözləməyimə əsas verirdi. Mən anlamıram, məgər bütün bunları izah etməliyəm?!” – Paşinyan Feysbuk hesabında yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Paşinyanın sənədlərin imzalanması mərasimində gülünc vəziyyətə düşdüyü görünür. Paşinyanın pərt olması Medvedevin və Rusiya nümayəndə heyətinin gülüşünə səbəb olub.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/277467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR