Çin uyğurlara mobil proqramla nəzarət edir

Çin uyğurlara mobil proqramla nəzarət edir
14:39 2 May 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Çin polisi Sincan əyalətində yaşayan 13 milyon uyğur və digər türk mənşəli müsəlmanlar haqqında məlumatları toplamaq üçün mobil proqramdan istifadə edir.
 
ONA-nın xəbərinə görə bu barədə "Human Rights Watch" (HRW) təşkilatı öz hesabatında yazıb.
 
İnteqrasiya edilmiş Birgə Əməliyyatlar Platforması (Integrated Joint Operations Platform) kimi tanınan proqramdan fərdlərin boyu və çəkisi ilə bağlı məlumatları toplamaq və üz tanıma üçün istifadə olunur.
 
Şəxsi məlumatların toplanması ilə yanaşı, proqram şübhəli şəxslər, nəqliyyat vasitələri və hadisələr barədə məlumatlar olarsa, onları polisə yönləndirməyi təklif edir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR