Dedi-qodu edənlər cərimələnəcək

Filippinin paytaxtı Manilanın Binolon qəsəbəsində dedi-qodu edənlər cərimələnəcək.

Metbuat.az xəbər verir ki, bu barədə qəsəbənin bələdiyyə məclisi qərar qəbul edib.

Bələdiyyə sədri Ramon Quico bildirib ki, qəsəbədə dedi-qodu səbəbindən çoxsaylı davalar baş verir: “Dedi-qoduların çoxlu növü var. Lakin buradakı dedi-qodular çoxu mülk, pul və eş-məhəbbət məsələləri ilə bağlıdır. Belə bir qadağanın tətbiq edilməsinə səbəb insanlara söylədikləri hər bir şeyə görə məsuliyyət daşıdıqlarını xatırlatmaqdır. Qadağa ilə dedi-qodular səbəbi ilə yaranan davalar aradan qalaxacaq və Binolon təhlükəsiz bir qəsəbə olacaq.

Bələdiyyə sədri vurğulayıb ki, dedi-qodunun olmadığı yer daha bərəkətlidir: “Çünki insanların başqaları haqqında mənfi fikirlər söyləməkdən başqa faydalı işləri olduğunu düşünürəm. Qanuna əsasən, dedi-qodu edərkən yaxalanan şəxslər və ya başqaları haqqında yalanlar uyduranlar ilk dəfə olduqda 200 peso (7 manat) və 3 saat zibil təmizləmə ilə cəzalandırılır. Eyni hal təkrarlandıqda 1000 peso (35 manat) və 8 saat həcmində ictimai işlə cəzalandırılacaq.

Quico hesab edir ki, qanun söz və ifadə azadlığını məhdudlaşdırmır, əksinə insanları şər və böhtandan qoruyur. O, əlavə edib ki, artıq bəzi şəxslər dedi-qodu edərkən yaxalanıb və yeni qanuna əsasən cəzalandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR