Nazir gənc olimpiada qalibi ilə görüşdü

Nazir gənc olimpiada qalibi ilə görüşdü
17:29 2 May 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Ceyhun Bayramov 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olan, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb.
 
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, C.Bayramov 13 yaşlı qalibi qazandığı uğur münasibəti ilə təbrik edib.
 
Ceyhun Bayramov qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Bu münasibətlə olimpiada qalibini bir daha təbrik edən Təhsil naziri onun dərsləri, eləcə də olimpiada hazırlığı ilə maraqlanıb.
 
Fidan Qarayeva Təhsil nazirinə təşəkkürünü bildirib və arzularından danışıb. O qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etməyə çalışacaq.
 
Görüşdə olimpiada qalibinə Təhsil Nazirliyinin “Fəxri fərman”ı və hədiyyələr təqdim edilib, xatirə fotosu çəkilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR