20 Yanvara hazırlıq başladı (FOTO)

20 Yanvara hazırlıq başladı (FOTO)
11:51 15 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin 25 iliyi qeyd edilir. ANS PRESS-in məlumatına görə, artıq faciənin anım mərasimləri ilə bağlı hazırlıqlar başlayıb.

20 Yanvar qurbanlarının əksəriyyətinin dəfn edildiyi Şəhidlər Xiyabanında ənənəvi ekspozisiyanın eskizi hazırlanıb.

Ağ və qırmızı güllərdən ibarət ekspozisiya Şəhidlər Xiyabanının girişində hazırlanır. Ekspoziya təqribən 300 kvadratmetrə yaxın sahəni əhatə edəcək və qərənfilləri əks etdirəcək. Hazırlıq işlərində minlərlə güldən istifadə ediləcək.

Bundan əlavə xiyabanın giriş hissəsində pilləkənlərin üzərində, eləcə də məzarların yaxınlığında qara lentlər bağlanılır.

Qeyd edək ki, bu il faciənin ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin sayında artım olacağı gözlənilir.
Orta məktəb şagirləri isə azadlıq uğrunda şəhid olanları bir necə gün öncədən anmağa başlayıblar. Belə ki, gün ərzində müxtəlif məktəblərdən olan şagir qrupları Şəhidlər Xiyabanını ziyarət edir, məzarlara gül düzürlər.

20 Yanvar faciəsinin ildönümü ərəfəsində rejissor və ssenarist Vahid Mustafa Yevin "Qanlı Yanvar" filminin də təqdimatı olacaq. 25 il əvvəl baş verən hadisələrin canlı şahidi olan rejissorun filminin çəkilişləri artıq başa çatıb. Tarixi əhəmiyyətli "Qanlı Yanvar" filminin əsas süjet xəttində real hadisələr lentə alınıb.

Bir necə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu ilə mübarizəni canlandıran filmin təqdimatı yanvarın 19-da olacaq. Ayın 20-də isə film Bakı, Gəncə, Naxçıvan, Şəki kimi şəhərlərdə kinoteatrlarda efirə veriləcək.
Artıq filmin afişaları şəhərdə açılıb, bu gündən şəhərin kassalarında biletlər də satışa çıxarılıb.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR