7 "Barselona"lı rəmzi komandada

7 "Barselona"lı rəmzi komandada
18:57 2 May 2019
96 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında ilk yarımfinal oyunlarından sonra həftənin rəmzi komandasını açıqlanıb.

Milli.Az fanat.Aaz-a istinadən xəbər verir ki, "Fantasy Football"da toplanan xallara əsasən formalaşan "11-lik"də "Barselona"nın 7 oyunçusu yer alıb. Digər 4 nəfər isə "Ayaks"ın üzvləridi.

Qapıçı: Mark-Andre ter Şteqen (Barselona).

Müdafiəçilər: Cerard Pike (Barselona), Deyli Blind (Ayaks), Mattis de Liqt (Ayaks), Jordi Alba (Barselona), Serj Roberto (Barselona)

Yarımmüdafiəçilər: Filippe Koutinyo (Barselona), Donni van de Bek (Ayaks), Hakim Ziyex (Ayaks).

Hücumçular: Lionel Messi (Barselona), Luis Suares (Barselona).

Qeyd edək ki, "Barselona" evə İngiltərə "Liverpul"unu 3:0 hesabı ilə məğlub edib. "Ayaks" isə Londonda "Tottenhem"i üstələyib - 1:0. Cavab matçları 7 - 8 mayda olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR