ABŞ bu düşməninin öhdəsindən gəldiyini zənn edirdi, lakin elə deyilmiş

ABŞ bu düşməninin öhdəsindən gəldiyini zənn edirdi, lakin elə deyilmiş
20:47 2 May 2019
134 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada qızılca tüğyan edir.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, 2000-ci ildə ABŞ öz ərazisində qızılca xəstəliyinin kökünün kəsildiyini açıqlamışdı. Son məlumata görə isə bu il 334 qızılcaya yoluxma faktı qeydə alınıb.

Epidemiya ilə mübarizə və İdarəetmə Mərkəzindən bildirilib ki, 2014-cü ildə 667 nəfər qızılcaya yoluxub.

Nyu Yorkun bəzi bölgələri də daxil olmaqla bir çox ərazidə təcili qızılcaya qarşı yardım məntəqələri yaradılıb. 22 ştatda peyvənd vurma proseslərinə başlanılıb.

Xatırladaq ki, qızılca birbaşa təmas, hava-damcı, öskürək və asqırma yolu ilə yoluxur. Xəstəliyin qarşısı alınmadığı təqdirdə beyin və onurğaya zərər verir . Qaraciyərdə infeksiyaya, eşitmə və görmə qabiliyyətində problemlərə səbəb ola bilər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR