Ağdaşda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

Ağdaşda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
20:47 2 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda yol qəzası baş verib. 
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Ləki kəndinin avtomobil yolunda qeydə alınıb. 
Belə ki, VAZ markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində birincinin sürücüsü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yaxınları V.Nəsibovun təzyiq xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. İlkin ehtimala görə, qəzaya sürücü sükan arxasında olarkən təzyiqinin qalxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-minik-ve-yuk-avtomobilleri-toqqusub-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR