Fermerlər istənilən texnikanı güzəştli şərtlərlə ala biləcəklər

Fermerlər istənilən texnikanı güzəştli şərtlərlə ala biləcəklər
21:47 2 May 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fermer və sahibkarlar istənilən növ kənd təssərüfatı texnikasını güzəştli şərtlərlə ala biləcəklər. Buna kənd təsərrüfatında istifadə edilən dronlar və robotlar da daxildir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikalarının siyahısını genişləndirib və artıq 11 təyinat istiqaməti üzrə 60-dan artıq texnika və avadanlığı güzəştlə əldə etmək mümkün olacaq.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, texnikların sayının bu həddə çatdırılması dünyada bir ilkdir və əvvələr kəndli bir çox sahə üzrə texnika əldə edə bilmirdisə, artıq bu kimi problemlər qalmayacaq. Torpağın hazırlanmasından tutmuş, ilkin emal mərhələsinə kimi lazım olan bütün avadanlıqları güzəştlə almaq mümkün olacaq.

Heyvandarlıqla məşğul olanlar isə yem hazırlayan və sağım üçün lazım olan avadanlıqları güzəştlə ala biləcək.

Güzəştin əldə edilməsidə çox rahatdır. Bunun üçün ən əsas şərt avadanlığın siyahıda olmasıdır.

Mirzə Əliyev deyib ki, bu formada güzəştin verilməsi 4 aydır tətbiq edilir və rəqabət mühiti olduğu üçün texnikaların qiymətində də ucuzlaşma müşahidə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/751774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR