Bakıda birinci Azərbaycan autizm festivalı keçirildi

Bakıda birinci Azərbaycan autizm festivalı keçirildi
05:38 3 May 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Fəvvarələr meydanında “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə ilk dəfə birinci Azərbaycan autizm festivalı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyə Əlil İdmançılar Federasiyasının rəhbəri Birol Aydın, Milli Məclisin deputatları və bir sıra tanınmış simalar iştirak ediblər.

Festivalın keçirilməsində məqsəd autizmli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, həmçinin inklüziv cəmiyyətin formalaşdırılması üçün məlumatlandırma missiyasını həyata keçirməkdir.

Festivalda bir çox mərkəzlər və idman klubları sərgi təşkil edərək öz işlərini nümayiş etdiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR