ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu

ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu
09:17 3 May 2019
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu York ştatında 3 yeniyetmə oxuduqları məktəbdə partlayış planlaşdırmaqda ittiham edilirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Lonq-Aylend adasında yerləşən təhsil müəssisəsinə gəliblər və məktəblilər onlara avtobusda 3 nəfər 16 yaşlı məktəblinin partlayıcı qurğu barədə danışdıqlarını bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal sözügedən 3 nəfəri saxlayıblar.

Bildirilir ki, məktəblilərin evlərinə baxış keçirilərkən orada partlayıcı qurğunun hazırlanması haqqında kitab aşkar ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/751817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR