Azərbaycanda DƏHŞƏT – Dili dişinin arasında qaldı və öldü

Azərbaycanda DƏHŞƏT – Dili dişinin arasında qaldı və öldü
10:08 3 May 2019
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, dünən Bakı-Qazax magistral yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 261-ci kiloemtrliyində “İveco” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilini idarə edən 1951-ci il təvəllüdlü Vaqif Məhəmməd oğlu Nəsibovun dili dişlərinin arasında qalaraq kəsilib, O çoxlu qan itirib və ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V.Nəsibovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/277541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR