Nazirlikdən qanunsuz balıq tutanlara XƏBƏRDARLIQ

Nazirlikdən qanunsuz balıq tutanlara XƏBƏRDARLIQ
10:09 3 May 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

"Balıq ovu ilə məşğul olan şəxslərə bir daha bildiririk ki, qadağan olunmuş ov vasitələrindən istifadəyə son qoysunlar, balıq ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinsinlər".

Lent.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O qeyd edib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar keçirilən birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürülüb. "Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb”.

ETSN rəsmisi təəssüflə bildirib ki, qadağan olunmuş ov alətlərindən olan sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna hələ də rast gəlinir: "Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar, brakonyerlikdən çəkinsinlər.

Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar".

ETSN vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən xahiş edir ki, brakonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR