46 milyon oğurlayanlar

46 milyon oğurlayanlar
11:56 15 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimali Qafqazda hüquq-mühafizə orqanlarının tədqiqatçı qrupu Dağıstandan olan həmkarları ilə birlikdə təşkil etdikləri əməliyyat nəticəsində cinayətkar qrupun üç iştirakçısını yaxalayıblar. Onlar Moskvada inkassator soyğunçuluğunda şübhəli bilinirlər.

ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, şübhəli şəxslər Dağıstanın Buynakski və Dərbənd rayonlarında saxlanılıblar. Hazırda onlar Moskvaya göndəriliblər.

Paytaxt polisinin mətbuat xidməti bildirib ki, cinayətkar dəstə keçən ilin oktyabrında Moskvanın Volqoqrad prospektində inkasator maşınına silahlı hücumu edib və 46 milyon rubl aparıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR