Prosineçki "marıq"da

Prosineçki "marıq"da
11:57 15 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin məşqçilər korpusu Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının daha bir neçə oyununu izləyib.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klubların və yığma komandaların hazırlıq prosesini yaxından izləyən millimizin baş məşqçisi Robert Prosineçki dünən “Neftçi” - “Hajer” (Səudiyyə Ərəbistanı) oyununa baxıb.
  
Qarşılaşmadan sonra xorvatiyalı mütəxəssis və U-21-in baş məşqçisi Yaşar Vahabzadə “Neftçi”nin çalışdırıcısı Arif Əsədovla görüşüblər. Əsas millinin köməkçi məşqçiləri Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov Babək Alxasov “Xəzər Lənkəran” – “Kemnitser” (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” – “Əskişəhərspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” – “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR