Babayi het-triki ilə Azərbaycan Kuboku tarixinə düşdü

Babayi het-triki ilə Azərbaycan Kuboku tarixinə düşdü
14:33 3 May 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

“Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşüb.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunadək keçirilmiş 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 10 dəfə. “Qarabağ” 9, “Xəzər Lənkəran” və “Keşlə” hərəyə 5 dəfə finalda meydana çıxıb.

“Qarabağ”ı iki oyunun nəticəsinə görə (1:0, 1:2) məğlub edərək yarımfinal səddini adlayan “Qəbələ” isə 4-cü dəfə bu nailiyyətə imza atıb və “Kəpəz”ə çatıb. “Bakı” 3, “Kür-Nur”la “Şəmkir” hərəyə 2 dəfə finalda oynayıbsa, digər komandalar - “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Şəfa”, “Xəzər” (Lənkəran), “Karvan”, “Xəzri” və “MKT-Araz” bir dəfə həlledici qarşılaşmada iştirak hüququ qazanıb.

İlk dəfə finala yüksələn “Sumqayıt” kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan “Qəbələ” də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı, “Şəfa” və “Keşlə” hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.

Peyman Babayi isə “Sumqayıt” klubunun tarixinə düşüb. O, 2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə ilk "het-trik" müəllifi adına yiyələnib. Cənubi azərbaycanlı legioner buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub.

Qeyd edək ki, Babayi Azərbaycan Kubokunda mövsümün ilk het-trikinə imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. “Qəbələ”də çıxış etdiyi vaxt “Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR