Çinin nağılvari kəndindən möhtəşəm görüntülər

Çinin nağılvari kəndindən möhtəşəm görüntülər
14:47 3 May 2019
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

Çinin Anhui əyalətinin cənubunda yerləşən Honqcun kəndi nağıllara bənzəyən atmosferi ilə ziyarətçilərini ovsunlayır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Huanqşan dağının cənub-qərb yamacında yerləşən kənddə Minq və Çinq xanədanlarından qalma 150 mənzil yerləşir.

Tarixi və estetik dəyəri yüksək olan bu evlərin quruluşu memarlığı ilə Çindəki abidələr arasında ən yaxşılar sırasındadır.

Kəndin içərisində yerləşən göldə əks olunan memarlıq əsərlərinin görüntüsü həm foto, həm də rəsm həvəskarlarının marağını cəlb edir.

Günün fərqli saatlarında kənddəki "Ay gölü"nün sahilində rəsmlər çəkən onlarla rəssam görmək mümkündür.

Kənd 2000-ci ildə YUNESKO tərəfindən Dünyanın Mədəni Mirasları sırasına daxil olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR