Korrupsiya cinayətləri ilə bağlı dövlət və qeyri-dövlət orqanları üzrə statistik nəticələri açıqlanıb

11:58 15 Yanvar 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilmiş cinayət işlərinin dövlət və qeyri-dövlət orqanları üzrə statistik təhlilinin nəticələri açıqlanıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2014-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

K.Əliyev bildirib ki, 2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:

"Onlardan 3 cinayət işi sosial müdafiə sahəsi üzrə 14 şəxs barəsində, 2 cinayət işi Əmlak Məsələlələri Dövlət Komitəsinin 2 işçisi barəsində, 7 cinayət işi yerli icra hakimiyyəti orqanlarının 7 əməkdaşı barədə, 4 cinayət işi 4 bələdiyyə işçisi barəsində, 3 cinayət işi Səhiyyə Nazirliyinin 3 əməkdaşı barəsində, 19 cinayət işi təhsil sahəsində çalışan 37 şəxs barədə, 1 cinayət işi Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barədə, 3 cinayət işi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 4 işçisi barəsində, 18 cinayət işi bank və bank olmayan təsisatların 69 işçisi barəsində, 1 cinayət işi "Azərenerji"nin 1 işçisi barədə, 1 cinayət işi "Azəriqaz"ın işçisi barədə, 1 cinayət işi təbiəti mühafizə sahəsində çalışan 1 işçi barədə, 1 cinayət işi prokurorluq orqanlarının 1 işçisi barədə, 2 cinayət işi Daxili İşlər Nazirliyinin 3 işçisi barədə, 4 cinayət işi Kənd Təsərrüfatı Nazirliyinin 8 işçisi barədə, 60 cinayət işi özül sektorda çalışan 70 şəxs barədə, o cümlədən 7 cinayət işi tikinti sektorunda çalışan 10 şəxs və digərləri barədə olub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR