Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir
16:42 3 May 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən Milli.Az-a verilən məlumata görə, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq, sabahkı gün şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, Sumqayıtdan saat 09-05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09-50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/751950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR