İlham Əliyevin apardığı beynəlxalq siyasət ümumdünya miqyasında böyük nüfuza malikdir - NAZİR

İlham Əliyevin apardığı beynəlxalq siyasət ümumdünya miqyasında böyük nüfuza malikdir - NAZİR
16:53 3 May 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“V Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu dünya miqyasında özünəməxsus nüfuzlu yer tutub. Təsadüfi deyil ki, BMT-nin keçənilki hesabatında bu forum Mədəniyyətlərarası dialoq sahəsində ən mühüm platforma kimi qiymətləndirilib. Bu cür yanaşma imkan verir ki, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar həm reallıqda Azərbaycanın mövcud vəziyyətilə tanış olur, həm də bəşəriyyəti narahat edən məsələlərin ətrafında müzakirələr aparılır”.

Publika.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev forumun bağlanış mərasimində çıxış edərkən deyib. O, sözlərinə belə davam edib: “Forumun hazırlıq müddətində beyin mərkəzi çalışıb. Bu beyin mərkəzinə bütün beynəlxalq qurumları nümayəndələri toplaşaraq əvvəlcədən müzakirə olunacaq mövzuları planlaşdırıb. Artıq hazırlıq səviyyəsi həm elmi əsaslarda, təcrübə və mübadilə baxımından çox böyük önəm daşıyır. Odur ki, hər tövsiyə olunan beynəlxalq təşkilatlar üçün uğurlu oldu. Müzakirələrim çox gərgin və maraqlı keçdiyinin şahidi olduq.

Bu işə Bakı forumun uğuru odur ki, həm elm dairlərini birləşdirən mütəxəssislər, həm təcrübə ilə məşğul olan dövlət qurumları, həm dövlət siyasətini müəyyənləşdirən dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsi təmsil olunur. Bu vəhdətlik mədəniyyətlərarası dialoqunun bütün cəmiyyətlər üçün nə qədər aktual olduğunu əyani şəkildə sübut edir. Cənab prezidentin 2018-ci ildə irəli sürdüyü Bakı Prosesi təşəbbüsü bu gün yeni bir səviyyəyə qalxıb. Bakı Prosesi Azərbaycanın adı ilə bağlı olduğunu qeyd etməklə yanaşı, deməliyik ki, bütün diplomatik yazışmalarda və terminoloji lüğətlərdə özünəməxsus yer tutmuşdur. Bu da onu göstərir ki, cənab İlham Əliyevin apardığı beynəlxalq siyasət artıq nəinki Azərbaycanın özündə, nəinki regionda, ümumdünya miqyasında böyük uğura və çox böyük nüfuza malikdir. İnanıram ki, bu təşəbbüs yaşayacaq, gələn qonaqlar Bakıdan çox xoş təəssüratlarla qayıdacaq. Tam əminəm və artıq burada aparılan bütün müzakirələrin ilkin nəticələri də göstərir ki, bu forumun nüfuzunun və əhəmiyyətinin artırılmasına bütün beynəlxalq təşkilatların marağı və arzusu var".

Aytən


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR