Murad Arifdən növbəti “bomba” - audio

Murad Arifdən növbəti “bomba” -  audio
12:01 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bəstəkar-aparıcı Murad Arif müğənni kimi növbəti işini təqdim edib.

Bununla bağlı Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyənin tanınmış müğənnisi Mirkəlamın repertuarından olan “Tavla” adlı bəstəni oxuyub:

“Bu mahnını uşaqlıq illərimdən sevmişəm. Artıq 20 ildir ki, sözlərini əzbər bilirəm. İlk ifaçısı türkiyəli müğənni Mirkəlam olub. Bu yaxınlarda türkiyəli aranjimançı İskəndər Paydaşla tanış oldum. Onun Mirkəlamla işbirliyinə və "Tavla" (nərd oyunu) mahnısına olan sevgimi bildirdim. Bir müddət sonra İskəndər bəy bu mahnını yeni aranjimanda mənə hədiyyə etdi. Yəni mahnını müəlliflərin rəsmi icazəsi ilə oxudum. Çox xoşbəxtəm ki, bəstə istədiyim kimi alındı. Tezliklə bu bəstəyə klip çəkdirməyi də düşünürəm. Bu mahnı mənim yeni bombamdır, partlayacaq”.

Qeyd edək ki, M.Arifin ifaçı kimi təqdim etdiyi ilk mahnısı “Həyat yoldaşımsan” olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR