İnfarkt keçirən məşhur qapıçının tam bərpa olunacağı vaxt müəyyənləşib

İnfarkt keçirən məşhur qapıçının tam bərpa olunacağı vaxt müəyyənləşib
19:27 3 May 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın “Portu” komandasının infarkt keçirən qapıçısı İker Kasilyasın xəstəxanadan çıxacağı tarix bəlli olub. 
"Report" "Goal.com"a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper mayın 4-də xəstəxanadan evə buraxılacaq. Hazırda təcrübəli oyunçunun yaxşı vəziyyətdə olduğu bildirilib. Kasilyasın infarktdan sonra tam bərpa müddəti 2-3 ay çəkəcək. İspaniyalı oyunçunun karyerasına davam edib-etməyəcəyi hələ ki bəlli deyil. 
Qeyd edək ki, İspaniya millisinin sabiq qapçısı olan Kasilyas 1998-2015-ci illərdə vətənində “Real Madrid”in formasını geyinib. O, 4 ildir “Portu”da çıxış edir.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-nfarkt-keciren-meshur-qapicinin-tam-berpa-olunacagi-vaxt-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR