Süni televiziya aparıcılarının ixracına başlanıldı - İlk müştəri BƏƏ oldu

Süni televiziya aparıcılarının ixracına başlanıldı - İlk müştəri BƏƏ oldu
19:39 3 May 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Çinin “Sogou” internet-axtarış sistemi virtual xəbər aparıcısının işlənib hazırlanması nəticəsində çox populyarlaşıb.
 
 
Lent.az ictnews-a istinadla xəbər verir ki, ilk belə hazırlama ötən ilin noyabrında "Sinxua" agentliyinin telekanalında nümayiş etdirilib.
 
 
Süni intellekt kollektivinə Sin Syaomen adlı virtual xanım da qoşulub. İndi “Sogou” süni intellekt texnologiyasına əsaslanan televiziya aparıcılarını başqa ölkələrə ixrac etmək niyyətindədir.
 
 
İlk müştəri Birləşmiş Ərəb Əmirlikləri olub. “South China Morning Post” nəşri yazır ki, Çinin internet-nəhəngi dünyada ilk ərəbdilli virtual xəbər aparıcısının işlənib hazırlanması üçün BƏƏ-nin dövlət televiziyası ilə müqavilə bağlayıb.
 
 
Çin 2030-cu ilədək süni intellekt sahəsində liderliyə nail olmağa çalışır və virtual televiziya aparıcısının işlənib hazırlanması texnoloji inkişafın yalnız bir nümunəsidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR