Birgə təlimlərdə “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi - VİDEO

Birgə təlimlərdə “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi - VİDEO
19:58 3 May 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mayın 3-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri general-leytenant Veli Tarakçının rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin son mərhələsini izləyiblər.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/277630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR