Astarada mal-qara oğruları tutulub

Astarada mal-qara oğruları tutulub
20:02 3 May 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Astara rayonunda mal-qara oğruları tutulub. 
Bu barədə "Report"un Cənub mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Cənub regional mərkəzindən məlumat verilib. 
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini A.Əliyev DİN-in "102" xidməti-zəng mərkəzinə müraciət edərək ona məxsus fermadan 900 manat dəyərində 6 baş qoyunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını rayonun Şahağacı kənd sakini A.Babayev və onun həmkəndlisi olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib və hər iki şəxs saxlanılıb.
Digər əməliyyat tədbiri nəticəsində isə Astara sakininin həyətindəki tövlədən 1500 manat qiyməti olan dananı oğurlayan şəxslər saxlanılıb. Belə ki, Astara rayonunun Səlivə kənd sakini S.Kərimzadənin Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan bacısı T.Kərəmzadə və qardaşı T.Kərəmzadə ilə birlikdə həmkəndlisi olan bir qadının həyətindəki tövlədən erkən dananı oğurlayaraq Lənkəran rayonu ərazisində satdıqları məlum olub. Həmin heyvanın yeri müəyyən edilərək sahibinə qaytarılıb. 
Hər iki faktla bağlı araşdırma aparılır



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/astarada-mal-qara-ogrulari-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR