"Ağıllı" enerji şəbəkələrinə milyonlar xərclənəcək

"Ağıllı" enerji şəbəkələrinə milyonlar xərclənəcək
07:42 4 May 2019
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya hakimiyyəti lokal intellektual enerji sistemlərinin yaradılması üzrə layihələrə 30 milyon funt-sterlinq qrant ayıracaq. Bu barədə hökumətin saytında deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Böyük Britaniyanın energetika naziri Kler Perri bildirib: "Biz innovativ texnologiya və rəqəmli həllərin gündəlik həyatın tərkib hissəsinə çevrildiyi enerji inqilabının başlanğıcındayıq. Rəqəmli intellektual sistemlər istehlakçılara enerjidən daha tez istifadə imkanı yaradacaq".

Məlumata görə, yerli hökumət bərpa edilən enerji mənbələrindən istifadə üçün innovativ texnologiyaların inkişafı ilə bağlı layihələri dəstəkləməyə hazırdır. İştirakçılardan, həmçinin enerjinin saxlanılması sistemləri üzrə texnoloji həllər tələb olunur.

Bildirilir ki, qrantlar elmi təşkilat, dövlət orqanı, yerli təşkilat nümayəndələrinə verilə bilər. Müsabiqənin məqsədi 2020-ci ildən sonra bütün Böyük Britaniyada quraşdırılacaq investisiya layihələri bazasının yaradılmasıdır.

Təşəbbüs ölkənin daha effektiv enerji sistemlərinin yaradılması üzrə proqramın tərkib hissəsidir. İntellektual texnologiyaların modernləşdirilməsi və istifadəsinin istehlakçıların enerji xərclərini azaldacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR