iPhone 2019 modelləri barəsində yeni məlumatlar

iPhone 2019 modelləri barəsində  yeni məlumatlar
08:57 4 May 2019
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Macotakara adlı saytı bu il təqdim olunacaq iPhone modelləri barəsində bəzi məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən Apple şirkəti bu ilki iPhone modellərinin komplektlərinə nəhayət ki, USB Type-C girişinə sahib 18 vatt gücündə şarj cihazını yerləşdirəcək. Lakin buna baxmayaraq smartfonların özləri Lightning girişi ilə təchiz olunacaqlar.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu cür şarj cihazı vasitəsilə yeni iPhone modelləri 50% enerjini 30 dəqiqə ərzində yığa biləcəklər. Bu yenə də diqqət çəkən bir göstərici deyil. Məsələn Huawei P30 Pro smartfonu 30 dəqiqə ərzində 70% enerji yığa bilir. Qeyd etmək lazımdır ki, Apple bu il minimum 3 yeni iPhone modelini təqdim etməlidir. Məlumat sızıntılarına əsasən onlardan ikisi üçlü arxa kamera, biri isə ikili arxa kamera ilə təchiz olunacaq. Smartfonlar öz aralarında batareya həcmi, ekran ölçüsü və ekran matrisası baxımından fərqlənəcəklər. Yeni iPhone modellərinin bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR